Dünya

Onların koronavirusdan xəbərləri yox idi: ABŞ rəsmiləri broşür paylayır

ABŞ-ın bəzi əyalətlərində yaşayan, elektrik, kompüter, televon və internetdən istifadə etməyən, dini inancları səbəbindən müasir dünyanı rədd edən Amiş cəmiyyətinin böyük ehtimalla dünyanı ağuşuna alan koronavirus pandemiyasından xəbərdar olmadıqları düşünülür.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, vəziyyətdən narahat olan ABŞ rəsmiləri toplumu broşürlər paylamaqla virus barədə məlumatlandırıblar.

İnancları səbəbindən bir arada yaşayan və böyük ailələrdən ibarət olan amiş cəmiyyəti koronavirusa qarşı sosial izolyasiya tədbirləri almır, bir-birləri ilə məsafə saxlamırlar. Kilsələrdə toplu şəkildə ayinlər icra edən amişlər yeməklərini də birlikdə yeməyə davam edirlər.

Qeyd edək ki, amişlər XVIII əsrdə Almaniya və İsveçrədən dini təzyiqlər səbəbindən köç edən xristian icmanın mənsublarıdır. Müasir həyatı rədd edən amişlər əl əməyinə önəm verirlər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button