İdman

MY Ronalduya əvəzləyici tapdı

“Mançester Yunyted” son zamanlar daha çox qalmaqalla yadda qalan ulduz futbolçusu Kriştianu Ronalduya əvəzləyici tapıb.

Fanat.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Lester”in hücumçusu Ceymi Vardini transfer etməyi düşünür.

Qeyd olunur ki, “tülkülər” 35 yaşlı liderini asanlıqla buraxmaq fikrində deyil, ona görə də “Mançester Yunayted” “Espanyol”un bombardiri Raul de Toması və “Atletiko Madrid”in hücumçusu Alvaro Moratanı da heyətinə cəlb etməyi düşünür.

Bənzər yazılar

Back to top button