DünyaManşet

ABŞ Rusiyanı öz qoşunlarını Ukrayna Atom Elektrik Stansiyasından çıxarmağa çağırıb

Bazar ertəsi Vaşinqton yenidən Rusiyanı öz silahlı qüvvələrini Zaporojye Atom Elektrik Stansiyasından dərhal çıxarmağa çağırıb.

“Biz Ukraynanın və ya onun yaxınlığındakı dinc nüvə obyektlərinə davam edən hərbi əməliyyatlardan əvvəlkitək narahatıq”, – Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinq zamanı bildirib.

Bazar ertəsi Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi bəyanat yayaraq dünya birliyini Rusiyanı Zaporojye atom elektrik stansiyasını geri qaytarmağa məcbur etməyə çağırıb.

“Biz Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasına tam nəzarəti Ukraynaya qaytarmağa çağırdıq…”,- Prays deyib. “Biz zavodun fəaliyyətini diqqətlə izləyirik”.

“Rusiyanın Atom Elektrik Stansiyası ətrafındakı hərbi fəaliyyəti məsuliyyətsizliyin zirvəsidir. Məsuliyyətli nüvə dövləti adına iddia edən ölkə bunu etməməlidir. Biz Ukraynanın nüvə obyektlərində bütün hərbi əməliyyatların dayandırılmasına və onlara tam nəzarətin Ukraynaya qaytarılmasına çağırırıq”, – Prays deyib.(Turan)

Bənzər yazılar

Back to top button