Dünya

ABŞ iranlı jurnalistə sui-qəsd cəhdində Azərbaycan vətəndaşının rolunu araşdırır

Bazar ertəsi Vaşinqton işarə edib edib ki, Azərbaycan vətəndaşının iştirakı ilə iranlı jurnalist Məsih Əlinejada qarşı sui-qəsdi “transmilli akt” kimi qiymətləndirir.

“Biz bunu transmilli akt, transmilli təcavüzə cəhd kimi qiymətləndiririk”, – Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqdə bildirib.

Azərbaycan vətəndaşı Xalid Mehdiyev Əlinejadın evinin yaxınlığında gizlənərək oun pəncərəsinə baxıb giriş qapısını açmağa cəhd edərkən polis onu saxlayıb. Dövlət Departamenti Mehdiyev, onun viza statusu, hətta İranla mümkün əlaqələri barədə əlavə məlumat verməkdən çəkinib.

Bu arada Prays deyib ki, İran “təkcə repressiya yox, həm də təcavüz ixrac etməyə can atan” bir çox hökumətlərdən biridir.

* Xatırladaq ki, avqustun əvvəlində Federal Təhqiqat Bürosu Xalid Mehdiyevi saxlayıb, onun maşınında “Kalaşnikov” avtomatı aşkar edilib. Məhkəmə onu qanunsuz silah saxlama ittihamı ilə həbs edib. İstintaq Tehran rejiminin qatı tənqidçisi olan Əlinejada qarşı sui-qəsdin hazırlanması versiyasını araşdırır. O, Instagramda 7 milyon izləyicisi olan tanınmış blogerdir.(Turan)

Bənzər yazılar

Back to top button