Hadisə

“Gilan Holdinq”ə bağlı şirkət barəsində daha bir məhkəmə iddiası

“Baku Distribution” MMC “GP Alpha Greenhouse” MMC -yə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatına verilib.

Açıqlanan məlumatda qeyd olunur ki, məhkəmə iddiaları alıq-satqı müqaviləsi üzrə mübahisəyə görə qaldırılıb.

Məlumat üçün bildirək ki, “GP Alpha Greenhouse” MMC vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlıdır.

“GP Alpha Greenhouse” MMC 05.05.2016-ci il tarixində Heydər Əliyev pr. 95 ünvanında dövlət qeydiyyatına alınıb.

Onu da bildirək ki, bu, Kəmaləddin Heydərova yaxınlığı ilə bilinən şirkətlərə qarşı qaldırılan ilk məhkəmə iddiası deyil. Son zamanlar “Gilan Holdinq”ə bağlı olan və Heydər Əliyev pr. 95 və Nərimanov pr, ev 206, m.466 ünvanlarında dövlət qeydiyyatına alınan şirkətlərə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırılır.

Daha əvvəl “GP Alpha Greenhouse” MMC barəsində “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Delarosa Consulting” MMC tərəfindən də məhkəmə iddiaları qaldırılıb.

Bənzər yazılar

Back to top button