Dünya

Estoniyada fövqəladə vəziyyət: bütün sovet abidələri sökülür

Estoniya hökuməti rusdilli Narva şəhərində sovet abidəsi olan tankı sökməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, təhlükəsizliyi təmin etmək üçün polis abidələrin yaxınlığında komendant saatı tətbiq edib: yollar avtomobillərin və piyadaların hərəkəti üçün bağlanıb. Ərazidə iki Müdafiə Qüvvələri kranı və bir hərbi traktor var.

Polis və Sərhəd mühafizəsi departamentinin məlumatına görə, abidənin qoyulduğu yerdə “dialoq” adlanan polis əməkdaşları da işləyəcək və insanlarla həm eston, həm də rus dilində danışacaqlar. Onlar qeyd ediblər ki, onların vəzifəsi münaqişələrin qarşısını almaqdır.

Tank söküldükdən sonra hökumət daha bir neçə sovet abidəsini, “Narva və Narva-Jõesuuda ucaldılmış cəmi yeddi abidəni” sökməyi planlaşdırır.

Estoniyanın daxili işlər naziri Lauri Lönemetsin sözlərinə görə, abidələr “ictimai asayişin qorunması naminə” sökülür. O qeyd edib ki, Rusiyanın “Ukraynaya qarşı soyqırım müharibəsi apardığı və Avropa təhlükəsizlik arxitekturasının əsaslarını məhv etməyə çalışdığı” bir vaxtda Estoniya daxili parçalanmalara yol verə bilməz. Onun sözlərinə görə, abidələr “Estoniyanın yenidən işğalını tərənnüm etmək üçün tikilib və onların ictimai məkanda yeri yoxdur”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button