İdman

“100 xəbərdən yalnız 5-i doğru idi” – Ronaldo

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo medianı özü haqqında yalan danışmaqda ittiham edib.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə “İnstaqram”dakı fanat hesabında transfer xəbəri ilə bağlı paylaşıma münasibət bildirərkən yazıb: “Bir neçə həftədən sonra müsahibə verəndə həqiqəti biləcəklər. Media yalan danışır. Onların son bir neçə ayda yazdıqları 100 xəbərdən yalnız 5-i doğru idi. Təsəvvür edin, bu necədir”.

Qeyd edək ki, Ronaldonun “Mançester Yunayted”dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.

Bənzər yazılar

Back to top button