İdman

“Bolonya” İngiltərə nəhənginin təklifini geri çevirdi – SON DURUM

“Mançester Yunayted” “Bolonya”nın hücumçusu Marko Arnautoviçi heyətinə qata bilməyəcək.

Fanat.az “Sky Sports”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın təklif etdiyi məbləğ İtaliya təmsilçisinin rəhbərliyini razı salmayıb.

Belə ki, MY 33 yaşlı Arnautoviçi 9 milyon avroya transfer etməyi planlaşdırsa da, “Bolonya” təklifi geri çevirib. A Seriyası klubundan rədd cavabı alan İngiltərə nəhənginin digər variantları nəzərdə keçirəcəyi vurğulanıb.

Qeyd edək ki, Arnautoviç daha öncə İngiltərə klublarında çıxış edib. O, “Stok Siti” və “Vest Hem”in formasını geyinib.

Bənzər yazılar

Back to top button