Dünya

ABŞ Ukraynaya dəstəyi davam etdirir

Bazar ertəsi ABŞ-ın baş diplomatı Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, Amerikanın Ukraynaya daim dəstək verəcəyinə söz verib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Dövlət katibi Entoni Blinken Ukrayna cəbhələrində son hadisələri müzakirə etmək üçün Ukrayna baş nazirinin birinci müavini Yuliya Sviridenko və prezident Vladimir Zelenskinin baş köməkçisi Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Eyni zamanda, qışa hazırlıq, o cümlədən əlavə RƏM vasitələrinin təqdim edilməsi və Ukraynanın kritik infrastrukturunun Rusiya raketlərinin və PUA-larının hücumlarından müdafiəsi məsələləri müzakirə olunub. Blinken həmçinin ABŞ-ın Ukraynaya və onun xalqına sadiqliyini təsdiq edib, deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib. “Ukrayna hökuməti ilə bütün danışıqlarda açıq şəkildə bildiririk ki, onları dəstəkləməyə davam edəcəyik”, deyə Miller brifinqdə Turan-ın suallarına cavabda bildirib.

“Ukraynanı dəstəkləməyə davam edə bilməyimiz üçün Birləşmiş Ştatların prezidentinin bu ölkəyə əlavə yardım ayrılması xahişi ilə Konqresə müraciətində bu barədə danışdığını eşitmisiniz”, deyə Miller əlavə edib.

Blinken həmçinin Yarmakla “qarşıdan gələn qış üçün Ukraynanın infrastrukturunu möhkəmləndirmək məqsədilə bu ölkə ilə birlikdə atıla biləcək addımlar” haqqında danışıb, deyə Miller qeyd edib. “Ötən qış biz Rusiyanın Ukraynanın enerji obyektlərini sıradan çıxarmağa çalışdığını gördük. Onlar yenidən bunu edə bilər, buna görə biz buna necə hazırlaşacağımız haqqında danışdıq”, deyə Miller qeyd edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button