İqtisadiyyat

Azərbaycanda 6 ayda 77,5 milyon manatlıq təbii qaz yoxa çıxıb

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 408,1 milyon kub metr əmtəəlik təbii qaz itkiyə gedib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən təbii qazın həcmi 16,3% və ya 79,4 milyon kub metr azalıb. Belə ki, ötən ilin ilk 6 ayı ərzində 487,5 milyon kub metr təbii qaz itkiyə gedib.

Məlumat üçün bildirək ki, hazırda əmtəəlik təbii qazın daxili bazardakı qiyməti 12 (1200 kub metrə qədər), 20 (1200- 2500 kubmetr olduqda) və 25 qəpiyə (2500 kubmetdən artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində təbii qazın orta tarifi 19 qəpik təşkil edir. Mövcud qiymətlə hesablandığı zaman məlum olur ki, bu ilin ilk ayında 77,5 milyon manatlıq təbii qaz itkiyə gedib.
Onu da bildirək ki, bugünə kimi SOCAR və “Azəriqaz”dan verilən açıqlamalarda ölkədə qaz itkisinin azaldılması istiqamətində tədbirlər həyata keçirildiyi dəfələrlə vurğulanıb.

Müqayisə üçün son 7 ilin ilk 6 ayında qeydə alınan qaz itkilərinin həcmini təqdim edirik:

Hesabat dövrü İtki
2016
Yanvar – iyun
476,6 milyon kub metr
2017
Yanvar – iyun
531 milyon kub metr
2018
Yanvar – iyun
491,4 milyon kub metr
2019
Yanvar – iyun
800,8 milyon kub metr
2020
Yanvar – iyun
518,6 milyon kub metr
2021
Yanvar – iyun
487,5 milyon kub metr
2022
Yanvar – iyun
408,1 milyon kub metr

Bənzər yazılar

Back to top button