GündəmHadisə

Həbsxanadan qaçan “Qoca” atışmada öldü – RƏSMİ

Bu gecə baş verən atışma zamanı “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov öldürülüb.

Bu barədə Qafqazinfo-ya açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Etibar Məmmədovun saxlanılması üçün keçirilən əməliyyatla bağlı gün ərzində rəsmi məlumat yayılacaq.

Qeyd edək ki, gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində avtoritetin həbs olunması üçün əməliyyat keçirilib. Bu zaman tərəflər arasında atışma baş verib.

Bənzər yazılar

Back to top button