GündəmHadisəManşet

Muxtar Babayevin diqqətinə: 200-dən çox qanunsuz kəsilmiş ağaca xidməti damğa vurulub (FOTO)

Cəlilabad meşələrində görünməmiş ekoloji cinayət hadisəsi qeydə alınıb. AzToday.az xəbər verir ki, Cəlilabad və Göytəpə meşəbəyliklərinin ərazisində qanunsuz yüzlərlə ağac məhv edilib.

Məlumata görə, Cəlilabad və Göytəpə meşəbəyliklərinin meşəbəyisi Elman Əliyev kütləvi qırıntıların izini itirmək üçün “179” nömrəli xidməti damğa ilə kəsilən ağacları damğalayıb.

Bildirilir ki, Elman Əliyev sözügedən xidməti damğasıyla bir ay öncə Göytəpə meşəbəyliyinin 12 saylı dolayında təhvil- qəbul zamanı qanunsuz olaraq ağacları damğalayıb. Və bundan əlavə 14 saylı meşə dolayında da həmçinin. 2 dolayda 200-dən çox kəsilmiş ağaclara vurulan damğaların heç birinin aktı yoxdur.

Maraqlıdır ki, bir neçə il öncə Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndi ilə meşə qırıntısına görə işdən çıxan Salayev Xaləddin Faiq oğlu bir ay öncə 12 saylı meşə dolayına yenidən gözətçi təyin edilib.

Ümid edirik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kütləvi şəkildə məhv edilməsi faktları ilə bağlı adekvat tədbirlər görəcək.

Cəlilabad və Göytəpə meşəbəyliklərinin meşəbəyisinin izi itirmək üçün qanunsuz vurduğu damğaların bir hissəsinin görüntülərini təqdim edirik:

Bənzər yazılar

Back to top button