İdman

“Qalatasaray” “Real Madrid”in ulduzunu transfer edir

“Napoli”dən Dries Mertens və “Arsenal”dan Lukas Torreyra kimi önəmli ulduzları heyətinə qatan “Qalatasaray” daha bir transfer “bomba”sına hazırlaşır.

Fanat.az xəbər verir ki, bu mövsüm çempionluğu hədəfləyən İstanbul nəhəngi Eden Hazarın keçidini həll etməyə yaxındır.
Bu barədə “Fotomaç” məlumat yayıb.

Mənbənin məlumatına görə, belçikalı futbolçularla çox yaxın əlaqələri olan bir türk menecer “Real Madrid”i razı salmağa çalışır. Eyni zamanda, “Qalatasaray” transferdə Mertensdən vasitəçi kimi istifadə edir. Hazarı razı salmaq üçün onun Belçika millisində komanda yoldaşı olan Mertens klub rəhbərliyinə yardım üçün söz verdiyi bildirilir.

“Qalatasaray” Hazarın maaşının 4 milyon avrosunu ödəyərək “Real Madrid”dən almaq istəyir. “Kral klubu”nun 2019-cu ildə 115 milyon avro ödədiyi futbolçudan qurtulmaq üçün bu təklifi qəbul edə biləcəyi bildirilir.

Ötən mövsüm cəmi 18 oyunda 712 dəqiqə meydanda olan Eden Hazar cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button