Cəmiyyət

Alimlər: Telefonla danışmaq gənclərin yerişini dəyişir

Smartfonlar, elektron qadjetlər gənclərin qaməti və yerişinə təsir edir.

AzToday.az medicina.az-a istinadən xəbər verir ki, beynəlxalq elmi qrupun bu barədə elmi araşdırması maraqlı nəticələr ortaya çıxarıb və bu barədə Applied Ergonomics dərgisində yazılıb.

Belə ki, eksperiment zamanı 8 nəfər sağlam gəncə pilləkənlə qalxıb-düşmələri və bu zaman telefonla danışmaları tapşırılıb.

Telefonla danışarkən insanın diqqəti yayınır və o hərəkətlərinə nəzarət edə bilmir.

Alimlər gəncləri izləyərək bu nəticəyə gəliblər ki, telefonla danışarkən insanın yerişi səntirləyir, daha gec və asta gəzir, eləcə də addımları əminsiz olur.

Bu ona görə baş verir ki, telefonla danışan zaman beyin çoxhərəkətli rejimə keçdiyi üçün hərəkətlərə nəzarəti dəyişir və azaldır.

Ən sağlam, gənc insan belə telefonla danışarkən hərəki aktivliyi kəskin düşür, beyin hərəkət və intelektual tapşırığı eyni anda mükəmməl icra edə bilmir.

Ona görə kütlə çox olan yerlərdə, ekskalatorda, metroda, pilləkəndə, qatarda, hündürlükdə, sükan arxasında telefonla danışmaq, məşğul olmaq nəinki yaşlıların, hətta gənclərin də yıxılma, düşmə, toqquşma və zədə alma riskin artırır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button