İdman

“Real”ın oyunlarını televizordan izləyə-izləyə böyümüşəm, amma…” – Xviça Kvaratsxeliya

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasının 2-ci tutu çərçivəsində bu gün “Real Madrid”ə qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Fanat.az xəbər verir ki, AS gürcü futbolçunun dediklərini belə çatdırıb:

“Real”ın oyunlarını televizordan izləyə-izləyə böyümüşəm. Amma indi bu komanda mənim meydandakı rəqibimdir. Öz meydanımızda onlara qarşı oynamalıyıq. Belə axşama görə xoşbəxt olmamaq mümkün deyil.

“Napoli” bütün rəqiblərinə hörmət edən, amma heç birindən qorxmayan komandadır. Biz İtaliya çempionuyuq və bu qarşılaşmada qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Napoli” – “Real” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button