Cəmiyyət

Emin Əmrullayev vətəndaşın şikayətinə niyə baxmır? – VALİDEYN ÇIXILMAZ DURUMDA

Prezident İlham Əliyevin nazirlərə və yerli icra başçılarına birbaşa vətəndaşlarla ünsiyyətə dair təlimatı son illərdə vətəndaşla dövlət arasındakı uçurumu aradan qaldırmağa başlayıb.

Ancaq bəzi nazirlər ölkə rəhbərininin bu tələbinə əməl etmir. Belə şəxslərdən biri də yeni təhsil naziri Emin Əmrullayevdir.

Sosial şəbəkələrə diqqət etmək kifayyətdir ki, ölkə vətəndaşının nazirə olan münasibətinin şahidi olasan.

Gununsesi.info-ya üz tutan Bakı sakini Aygün Abdullayeva Təhsil Nazirliyinin haqsızlığına məruz qalanlardandır.

Redaksiyamıza yolladığı şikayətində Aygün Abdullayeva bildirir ki, ötən 2 ay ərzində nazirin özünə və aidiyyatı qurumlarına etdiyi müraciətlər cavabsız qalıb:

“Məlumat üçün bildirim ki, mən 98 saylı uşaq baxşasında müəllimə köməkçisi çalışıram. Böyük övladın Nuray Abdullayeva baxça ilə yan-yana olan 286 saylı orta məktəbin 6-cı sinifində təhsil alır.

Digər övladım Kamil Abdullayevi də həmin məktəbdə təhsil alması üçün müraciət etmişik. .
Məktəbə qəbul üçün bütün prosedurlardan keçib. İmtahanının nəticəsi uğurlu olub. Lakin elektron sistemdə bizim iradəmizdən kənar olaraq yaranan problem səbəbindən “Sinifdə yer yoxdur” cavabını almışıq. İndi təsəvvür edin ki, işləyən bir ana bir övladını bir məktəbə, digərini başqa bir məktəbə necə yola sala bilər, necə dərsdən götürə bilər.

Nazirliyə etdiyim müraciətlər cavabsız qaldığından Gununsesi.info xəbər saytı vasitəsilə cənab nazir Emin Əmrullayevdən xahiş edirəm ki, övladım Abdullayev Kamil Natiq oğlunu (fin kod: 80aey0n) 286 orta məktəb Əzizova İradə Behbud qızının sinifinə qəbul edilməsinə köməklik göstərsin.

Yoxlaya da bilərsiniz, qızım Abdullayev Nuray Natiq qızı həmin məktəbdə təhsil alır(fin kod: 731satd)”.

Bənzər yazılar

Back to top button