Hadisə

Qalmaqallı iş adamı “Bizim market”i satdı

Babəkdə yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq…

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bütün biznesini satır.

AzToday.az bakupost.az-a istinadən bildirir ki, artıq “Bizim Market MMC” satılıb. Şirkəti Promart MMC alıb.

Babəkdə yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq.

R.Salmanov 1000-dən çox daşınmaz əmlakın sahibidir. İş adamının bütün əmlakını əldən çıxarmaq istədiyi bildirilir. Onun ölkəni tərk etməyə hazırlaşdığı ehtimal edilir.

Xatırladaq ki, R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.

Qalmaqallı iş adamı baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevdən şikayətçi olaraq onları həbs etdirmişdi. Onlar “Bizim market”lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edilirdi.

2019-cu ildə R.Salmanovun ölüm xəbəri yayılmış, daha sonra bunun doğru olmadığı anlaşılmışdı.

Bənzər yazılar

Back to top button