Cəmiyyət

Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin azalıb – Son rəqəmlər

Bu ilin ilk 7 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 767 mənzil satın alıblar.

Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 65 mənzil alıblar.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyul ayında Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin azalıb. Belə ki, 2021-ci ilin iyul ayında azərbaycanlılar Türkiyədən 127 mənzil alıblar.

Onu da bildirək ki, son ildə 8 ildə Azərbaycan vətəndaşları Türkiyədn 8 min 373 mənzil alıblar:

İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021 1517
2022
Yanvar-İyul
767
Cəmi 8 373

Qeyd edək ki, bu ilin ilk 7 ayı ərzində Türkiyədən ən çox Rusiya (6 min 877 mənzil), İran (5 min 315 mənzil), İraq (4 min 405 mənzil), Qazaxıstan (1 607 mənzil) və Almaniya (1 577 mənzil) vətəndaşları ev alıb.

Bənzər yazılar

Back to top button