Cəmiyyət

DİN-dən qanunsuz bilet satanlarla bağlı – Açıqlama

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib.

Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

Bənzər yazılar

Back to top button