İdman

“Qarabağ”ın sabiq qapıçısı “Mançester Yunayted”in transfer siyahısında

“Mançester Yunayted” “Everton”un ehtiyat qapıçısı Asmir Beqoviçlə maraqlanır.

Qol.az “The Telegraph”a istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi David De Xeanın əvəzediciləri siyahısında “Borussiya” Münhenqladbaxdan Yan Sommerlə birlikdə yer alıb.

Beqoviçi “qırmızı şeytanlar” De Xeanın yaxşı əvəzləyici hesab edirlər. Ancaq “Everton”u oyunçu ilə yolları ayırmaya biləcəyi vurğulanıb.

Xatırladaq ki, Beqoviç 2019-cu ildə icarə əsasında “Qarabağ”a oynayıb.

Bənzər yazılar

Back to top button