Siyasət

Ermənistan Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açır

Ermənistan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihəyə əsasən Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açacaq.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qanunvericilik aktlarının dərci üçün vahid internet portalında hökumətin qərar layihəsi yerləşdirilib.

Təklif olunan dəyişikliklərə əsasən, avtomobillər üçün sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.

O cümlədən, Ermənistan-Azərbaycan dövlət sərhədində buraxılış məntəqələrinin açılması təklif edilir.

Layihənin əsaslandırılmasında qeyd edilib ki, layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.

Xatırladaq ki, avqustun 4-də Paşinyan Ermənistanın bu gün də Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında rabitəni təmin etməyə hazır olduğunu bəyan edib.

Bənzər yazılar

Back to top button