Dünya

Məhkəmə Sarkisyanın kürəkəninin həbsi barədə qərar verdi

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanı axtarışa verilib

AzToday.az “armenpress”ə istinadən xəbər verir ki, sentyabrın 22-də İrəvanın ümumi yurisdiksiya məhkəməsi hakim Manvel Şahverdyanın sədrliyi ilə keçirilən iclasda Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın həbs edilməsi barədə vəsatəti təmin edib.

Xəbərdə qeyd olunub ki, bu barədə “Armenpress”ə Ermənistanın Baş Prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmə M.Minasyanın tutulması üçün müraciətləri üç dəfə rədd edib. Dövlət Gəlirləri Komitəsinin İstintaq Şöbəsində araşdırılan cinayət işi çərçivəsində Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan qanunsuz olaraq varlanmaq, məlumatları xüsusilə böyük məbləğdə vəsaiti bəyannamədən gizlətmək və cinayət yolu ilə əldə edilmiş bir çox əmlakı leqallaşdırmaqda ittiham olunub.

Xatırladaq ki, keçmiş prezident Serj Sarkisyanın kürəkəni M.Minasyan hazırda Avropada yaşayır və ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Məhkəmə Minasyanı axtarışa verib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button