Cəmiyyət

Rəsulzadənin nadir fotosu üzə çıxdı – FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nadir fotolarından biri yayılıb.

Yeniavaz.com xəbə verir ki, foto “Auksion/Herrac” səhifəsində hərraca çıxarılıb.

Məlumata görə, foto Azərbaycan Cümhuriyyətinin 9-cu il dönümündə, 28 May 1927-ci ildə İstanbulda çəkilib.

Fotonun karton çərçivəsinin ön və arxa üzündə Azəri Türk Gənclər Birliyinin möhürü və ərəb hərfləri ilə yazılar var.

Yazılarda bunlar qeyd olunub:

Ön üz üst hissə: İstiqlal ələmdarı möhtərəm və müəzzəz rəisimiz Məmməd Əmin Bəy əfəndiyə təqdim (Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Böyük ehtimalla foto Rəsulzadənin arxivindən çıxıb).

Ön üz aşağı hissə: İstanbulda Azərbaycan istiqlaliyyətinin 9-cu il dönümü 28 Mayıs (1927) günü tayid münasibətiylə Azəri Türk Gənclər Birliyi nəşriyyatından.

Qeyd edilib ki, hərrac 19 Avqust 2022 Saat 23:00-da bitəcək.

Bənzər yazılar

Back to top button