İdman

Prezidentliyə namizəddən şok Messi açıqlaması

“Barselona”nın prezdentliyinə namizədlərdən olan Emili Rusaud Lionel Messi ilə bağlı gözlənilməz açıqlama verib.

Fanat.az xəbər verir ki, prezidentliyə namizəd müqaviləsi 2021-ci ildə başa çatacaq argentinalı ulduzun maaşının azaldılmasına razılıq verməli olduğunu bildirib:

“Messi ilə oturub maaşının azaldılmasını müzakirə etməliyik. Fədakarlıq etməsini istəyəcəyik. Anlaşa bilməsək, Messi komandadan gedəcək. O, klubu tarixinin ən parlaq səhifələrini yazıb. Əfsanələrimizi mükafatlandırmalıyıq, amma həqiqətlər də var. Hər şeyin olduğu kimi söylənməsi vacibdi. Heç kimi aldatmamalıyıq. Messinin qalması üçün hər şeyi edəcəyik. Amma hər zaman öncə klubun maraqları gələcək”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button