Siyasət

Medianın İnkişafı Agentliyi adı çəkilməyən şəxslərə və mediaya xəbərdarlıq edir

Medianın İnkişafı Agentliyi avqustun 19-da müraciət yayaraq medianı KİV haqqında qanunu və jurnalist etikasını pozmamağa çağırıb. Hadisələri birtərəfli işıqlandırılmaqda, qarşı tərəfin mövqeyini verməməkdə gunahlandırıb.

“Belə faktlar təkrarlandığı halda müvafiq tədbirlər görüləcək, – müraciətdə deyilir. Lakin bu sənəddən konkret hansı qanun pozuntularından söhbət getdiyini və kimin tərəfindən törədildiyini anlamaq mümkün deyil.

Ola bilsin ki, söhbət Fövqəladə Hallar Nazirliyindəki porno qalmaqalla bağlı son iki-üç gündə mediada və sosial şəbəkələrdə çoxsaylı yazılardan gedir. Belə ki, bir sıra mənbələr bu idarənin əməkdaşlarını ifşa edən foto və videoları dərc edib.(Turan)

Bənzər yazılar

Back to top button