Dünya

İranın raket atəşi zamanı ABŞ-ın 11 hərbçisi beyin silkələnməsi keçirib

Yanvarın 8-də İraqdakı ABŞ bazalarının İran tərəfindən atəşə tutulması zamanı 11 ABŞ əsgəri yaralanıb, onların beyin silkələnməsinə məruz qaldığı ehtimal edilir.

Qaynarinfo xəbər veir ki, bu haqda “Defense One” ABŞ hərbi mənbvələrinə istinadla yazıb.

Qeyd olunur ki, bu həftə həmin əsgərlər müalicə və müayinə olunmaq üçün Küveyt və Almaniyada yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə edilib.

Cümə axşamı ABŞ-ın İraqdakı komandanlığı bəzi əsgərlərin beyin silkələnməsindən müalicə edildiyini etiraf edib. ABŞ-ın başqa bir yüksək rütbəli rəsmisi hücumdan təxminən bir həftə sonra hərbi personaldan bəzilərində hələ də beyin silkələnməsi əlamətləri olduğunu deyib.

Bənzər yazılar

Back to top button