İdman

“Real Madrid” Kazemiroya əvəzləyici tapdı

“Real Madrid” “Mançester Yunayted”ə transfer olunan braziliyalı yarımmüdafiəçisi Kazemiroya əvəzləyici tapıb.

Fanat.az “The Telegraph”a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti “Tottenhem”in futbolçusu Pyer-Emil Heyberqi sərəncamında görmək istəyir.

Xəbərə görə, bu keçidin baş tutmaq ehtimalı o qədər də yüksək deyil. Belə ki, “Tottenhem”in çalışdırıcısı Antonio Konte danimarkalını əsas oyunçulardan biri sayır və ona cari mövsümlə bağlı qurduğu planların bir hissəsi kimi baxır.

Bənzər yazılar

Back to top button