Hadisə

“Bakıdakı məşhur hoteldə eyni yeməyə görə 2 dəfə pul istədilər” – Hotel biznesmeni görüşə çağırdı

Məşhur rusiyalı biznesmen Artyom Bikov Bakıda səfərdə olub.

AzToday.az Haqqin.az-a istinadla xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində Bakını tərifləsə də, qaldığı “Baku Marriott Hotel Boulevard”ın onun səfərini korladığını bildirib.

“Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”, – Bikov deyib.

O əlavə edib ki, hotelə qarşı şikayət hazırlayır.

Baku Marriott Hotel Boulevard məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Baku Marriott Hotel Boulevard olaraq qonağımız cənab Bikovun otelimizdə həyata keçirdiyi ödəniş zamanı üzləşdiyi xoşagəlməz halla əlaqədar təəssüf hissi keçiririk. Bildirmək istərdik ki, qonaqlarımızın haqqımızdakı rəyləri, müştəri məmnuniyyətimizi yaxşılaşdırmağımız baxımından bizim üçün hər zaman dəyərlidir. Mövzu ilə bağlı apardığımız daxili araşdırma nəticəsini və yaranan anlaşılmazlığı cənab Bikovu şəxsi görüşə dəvət edərək müzakirə etmək istərdik.

Ümid edirik ki, baş verən hadisəyə baxmayaraq, cənab Bikovu, daha yaxşı xidmət təcrübəsi yaşada bilməyimiz üçün ən yaxın zamanda yenidən otelimizdə görmək fürsəti əldə edərik”.

Bənzər yazılar

Back to top button