Hadisə

Azərbaycan yanğınsöndürənləri Laçına göndərildi – VIDEO

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri Laçın şəhərinə göndərilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Baqramyan” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki,FHN-in texnikaları rus sülhməramlılarının müşaiyəti ilə Laçına giriblər:

“Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib.

Ona görə də Laçına yanğınsöndürənlər göndərilib. Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəliblər”.

Kanal yanğınsöndürənlərin Laçında lentə alınmış kadrlarını da yayıb.

Bənzər yazılar

Back to top button