Dünya

İran süni peykini yerin orbitinə çıxarır: ABŞ narahatdır

İran Zafar adlı Yerin süni peykini saatda 7400 kilometr sürətlə orbitə çıxaracaq.

Qaynarinfo xəbər verir ki, bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd-Cavad Azəri Çahrami açıqlayıb.

Raketin buraxılışı Semnanda baş tutmalıdır.

ABŞ-a görə İran bu peyklərlə raket texnologiyasını formalaşdırdığını ört-basdır etmək istəyir və ballistik texnologiyadan nüvə başlığı atmaq üçün istifadə edə bilər. Öz növbəsində, Tehran nüvə silahının inkişafı ilə heç vaxt məşğul olmadığını bəyan edib.

Bənzər yazılar

Back to top button