İdman

Ronaldu qərarını dəyişdi

Kriştianu Ronaldu “Mançester Yunayted”dən ayrılmayacaq.

Fanat.az xəbər verir ki, bu iddianı jurnalist Pedru Almeyda sosial şəbəkə hesabında yazaraq paylaşıb.

Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu bu qərarı “Real”ın yarımmüdafiəçisi Kazemironun “qırmızı şeytanlar”a transfer olunmasından sonra verib.

Xatırladaq ki, Ronaldu və Kazemiro İspaniya çempionatında birgə çıxış ediblər. Bundan əvvəl Ronaldonun karyerasını “Borussiya Dortmund”, “Sportinq” və ya “Olimpik Marsel”də davam etdirə biləcəyi bildirilirdi.

Bənzər yazılar

Back to top button