Hadisə

“Yanğınsöndürən dedi, suyumuz yoxdur, nəyimiz vardısa, yandı” – VIDEO

Avqustun 15-də Şabran rayonunun Xəlfələr kəndində əkin sahəsində başladığı deyilən yanğın Dağ Bilici, Mumlu, Zöhramlı kəndlərinə də yayılıb.

Yeniavaz.com xəbər verir ki, meşə yanğınlarında əmlakını, təsərrüfatını, heyvanlarını itirən Zöhramlı kənd sakini Söbə İsmayılova “AbzasMedia”ya əllə tutulacaq bir şeyinin qalmadığını deyib:

“20 qoyunumuz, 4 danamız yanaraq tələf olub. Taxıl otağındakı 5 ton taxılımız da yanıb. Nəyimiz vardısa, kənd həyətində olan şeylər, hamısı yanıb. Bir dənə də olsun əşyamız qalmayıb”.

S. İsmayılovanın sözlərinə görə onların evini söndürmək üçün gələn Fövqəladə Hallar Nazirliyi əməkdaşları deyiblər ki, “su yoxdur”:

“Heç bir köməksiz, əl ilə söndürmüşük. Yanğınsöndürən gəlir, deyir suyumuz yoxdur, işıq yoxdur. Yanğınsöndürənə yalvarırıq, çağırırıq, deyir su yoxdu, bizə su vermirlər”.

Bənzər yazılar

Back to top button