Dünya

Bu təşkilat Duqinanın qətlini üzərinə götürdü – “Məqsəd Putini məhv etməkdir”

Milli Respublika Ordusu təşkilatı “Rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Darya Duqinanın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Respublika Ordusunun “Rospartizan” Teleqram kanalında yayılan bəyanatında bildirilir.
“Biz prezident Putini hakimiyyəti qəsb edən və Konstitusiyaya düzəlişlər edən, slavyan xalqları arasında qardaşlıq müharibəsinə səbəb olan və rus əsgərlərini qəti və mənasız ölümə göndərən hərbi cinayətkar elan edirik. Bəziləri üçün yoxsulluq və tabutlar, bəziləri üçün saraylar hazırkı siyasətin mahiyyətini təşkil edir”, – bəyanatda deyilir.

Milli Respublika Ordusu bəyan edib ki, onların məqsədi Putini məhv etməkdir və bütün Rusiya rəsmiləri qəsbkarın cinayətinin iştirakçılarıdır. Onlar həmçinin Rusiya rəsmilərinə xəbərdarlıq ediblər ki, hakimiyyətdən əl çəkməsələr, “məhv olacaqlar”.
Təşkilat həmçinin Rusiya Federasiyası ərazisində hərbi obyektləri məhv etməyə hazır olduğunu bəyan edib. Onlar həmçinin təhlükəsizlik qüvvələrini və hərbçiləri silahlarını yerə qoymağa və Putin rejiminin cinayət fərmanlarına əməl etməkdən imtina etməyə çağırıblar.

Təşkilat üzvlüyünə rusiyalı fəallar, hərbçilər və Putin rejiminə qarşı partizanların daxil olduğunu bəyan dib.

Xatırladaq ki, “rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Daria Duqina avtomobilinin bomba ilə partladılması nəticəsində dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button