Cəmiyyət

Sabah 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən AzToday.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Bənzər yazılar

Back to top button