Cəmiyyət

Qusar stadionu Etibar Piriverdiyevin inhisarından çıxarıldı – Təmir işlərinə start verildi (FOTO)

Məşhur futbol ustası Şövkət Orduxanovun adını daşıyan Qusar şəhər stadionunda təmir-bərpa işlərinə başlanılıb.

Vaxtilə “Azərenerji”nin keçmiş sədri Etibar Piriverdiyevə aid olan “Azenko” şirkəti axır ki, 6 ildən sonra bərpa işlərinə start verib.

Qeyd edək ki, 1962-ci ildə inşa edilmiş Qusar şəhər stadionu, 1999-cu ildə “Şahdağ”futbol klubuna 99 il müddətinə icarəyə verilib.

AzToday.az xəbər verir ki, məlumatı Bizim.Media-ya verən Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov bildirib ki, hazırda stadionun ərazisində torpaq işləri görülür, ilk olaraq futbol meydançası hazırlanır. Daha sonra isə tribunanın və digər tikililərin inşasına başlanılacaq.

Qeyd edək ki, Bizim.Media olaraq fevral ayının 25-də Qusar stadionunun bağlı olması barədə araşdırma yazı vermişdik.

Qusarlıların sevimli yeri olan stadionun bağlı olması camaatın haqlı narazılığına səbəb olurdu.

Üstəlik də Qusarın peşəkar “Şahdağ” futbol klubunun da illərdir fəaliyyətini dayandırması futbolsevərləri çox narahat edirdi. Ümid edək ki, stadionun istifadəyə verilməsi ilə bütün bu narazılıqlara son qoyulacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button