İdman

Kazemiro “Real Madrid”i niyə tərk edib? – Özü açıqladı

“Mançester Yunayted”ə keçən “Real Madrid”in yarımmüdafiəçisi Kazemiro İspaniya təmsilçisi ilə vidalaşıb.

Fanat.az xəbər verir ki, “Mundo Deportivo” braziliyalı müdafiəçidən sitat təqdim edib:

“Mən özümlə böyük xoşbəxtlik hissini və uğur aparıram. 2013-cü ildə San Paulodan ayrılarkən “Real Madrid” üçün hər şeyi edəcəyimi söylədim. Belə də oldu. Buna görə, rahat yatacağam.

Həyatınızda mühüm qərarlar qəbul etmək həmişə çətindir. Çempionlar Liqasını qazandıqdan sonra agentimə “Real Madrid”dəki karyeramı bitmiş hesab etdiyimi dedim.

Həyat yoldaşım qərarımla bağlı ilk gündən məni dəstəklədi. Florentino Pereslə danışmaq mənim üçün çətin idi. Dürüstlük mənim əsas dəyərlərimdən biridir və mən onunla dürüst idim.

Yeni çağırışlar, yeni hədəflər axtarıram. Mən başqa mədəniyyət və başqa klubu sınamaq istəyirəm. “Real Madrid” kimi, “Mançester Yunayted”ə də kömək etmək istəyirəm. Ümidlə doluyam. Premyer Liqa bəyəndiyim turnirdir, həmişə orada oynamaq istəmişəm. Dəyişikliyə ehtiyacım var idi”.

Bənzər yazılar

Back to top button