Siyasət

Zabux və Sus kəndləri boşaldıldı, 1 erməni qalır – VIDEO

Avqustun 22-də Laçın rayonunun Zabux kəndində məskunlaşmış bütün ermənilər buranı tərk ediblər.

AzToday.az “Xəzər xəbər”ə istinadla bildirir ki, bu barədə Zabuxda yaşamış partiya sədri Suren Petrasyan açıqlama verib. Petrasyan bəyan edib ki, o da Zabuxdan çıxıb, çünki onların qarşısında duran problemi həll edə bilmirlər.

Rayonun Sus kəndində məskunlaşmış son 12 erməni ailəsi də buranı tərk edib. Yalnız bir sakin qalıb. Bunu Sus kəndinin qondarma adminstrasiya rəhbəri Mxitar Nersisyan deyib.

Bənzər yazılar

Back to top button