Dünya

İran hakimiyyəti Oskar mükafatlı filmin aktrisasını həbs edib

Şənbə günü İran hakimiyyəti ölkənin ən tanınmış aktrisalarından birini ölkəni bürüyən ümummilli etirazlar haqda yalan məlumat yaymaq ittihamı ilə həbs edib. Bu barədə dövlət KİV-ləri bildiriblər.

İRNA-nın məlumatında deyilir, Oskar mükafatlı “Satıcı” filminin ulduzu Təranə Əlidusti İnstagram-da çox güman ki, etirazlar zamanı törədilmiş cinayətlərə görə bu yaxınlarda edam edilən ilk şəxslə həmrəylik ifadə edən paylaşımından bir həftə sonra saxlanılıb.

Bu xəbər artıq üçüncü aydır ki, hökumət əleyhinə nümayişləri açıq dəstəkləyənlərə cavab olaraq futbolçular, aktyorlar və nüfuzlu şəxslər də daxil olmaqla, tanınmış şəxslərin həbsi seriyasından sonuncusudur.

Dövlət KİV-nin rəsmi Telegram- kanalında yayımlanan məlumata görə, Əlidusti “öz iddialarına uyğun hər hansı sənəd” təqdim etməyib.

Məlumatda deyilirdi ki, daha bir neçə iranlı tanınmış şəxs “təxribat xarakterli məzmuna görə məhkəməyə çağırılıb” və onlardan bəziləri həbs edilib. Hakimiyyət ətraflı məlumat verməyib.

38 yaşlı aktrisa öz paylaşımında deyib: “Onun adı Mohsen Şekari idi. Bu qan tökülməsini seyr edən və heç bir tədbir görməyən hər bir beynəlxalq təşkilat insanlığa rüsvayçılıqdır”.

Şekari dekabrın 9-da İran məhkəməsi edam edilib. İran məhkəməi onu Tehranda küçələri bağlamaqda və ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşına hücumda ittiham edib.

Noyabrda hakimiyyət daha iki tanınmış iranlı aktrisa Həngamə Qaziani və Katayun Riahini sosial şəbəkələrdə etirazçılarla həmrəylik ifadə etdiklərinə görə həbs edib. Ötən ay iranlı futbolçu Voriya Qafuri “milli futbol komandasını təhqir etmək və hökumət əleyhinə təbliğat aparmaq” ittihamı ilə həbs edilib. Sonradan hər üçü sərbəst buraxılıb.

Sentyabr ayından Əlidusti ən azı üç Instagram paylaşımında etirazçılarla açıq şəkildə həmrəy olduğunu bildirib. Onun 8 milyona yaxın izləyicisinin olduğu hesabı bloklanıb.

Ötən həftə İranda etirazlarla əlaqədar ikinci məhbus Məcidreza Rahnavard edam edilib. Rahnavardın cəsədi başqalarına dərs olsun deyə tikinti kranından asılmış vəziyyətdə qalıb. İran hakimiyyəti bildirib ki, Rahnavard hökumətin hərbi birləşmələrinin iki üzvünü bıçaqlayıb.

Şekari və Rahnavard onlara qarşı ittiham irəli sürüldükdən bir aydan tez müddətdə edam ediliblər ki, bu da İranın nümayişlərlə əlaqədar ehtimal edilən cinayətlərlə bağlı çıxarılan ölüm hökmlərinin icrasının sürətini qabardır. Fəallar deyirlər ki, qapalı dinləmələrdə ən azı 12 adamı ölüm cəzasına məhkum edilib. İran dünyanın ən yaxşı cəllad dövlətlərindən biridir.

Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsilə İranda etirazlar baş qaldırıb. O vaxtdan etirazlar 1979-cu ildə islam inqilabı ilə qurulan İran teokratiyasının ən ciddi çağırışlardan birinə çevrilib.

Əlidusti daha öncə, builki etirazlardan əvvəl İran hökumətini və onun polisini tənqid etmişdi.

2018-ci ildə hicabını çıxaran qadına hücum etdiyi üçün polisi Twitter-də tənqid etdikdən sonra2 020-ci ilin iyununda beş aylıq şərti həbs cəzasına məhkum edilmişdi.

Etirazlar başlayandan bəri onları izləyən iranlı hüquq müdafiəçilərinin məlumatına görə, təhlükəsizlik qüvvələrinin nümayişləri amansızcasına yatırması nəticəsində ən azı 495 nəfər həlak olub.

Hakimiyyət 18200-dən çox adamı saxlayıb.

Əlidustinin rol aldığı digər tanınmış filmlər arasında “Gözəl şəhər” və “Elli haqqında” var.(Turan)

Bənzər yazılar

Back to top button