Siyasət

Consonun xələfi kim olacaq – Rişi Sunak, yoxsa Liz Trass? (ŞƏRH)

Sentyabrın 5-də Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası sədrinin və hökumətin yeni rəhbərinin adı bəlli olacaq.Hazırda bu post uğrunda iki namizəd mübarizə aparır. Sabiq maliyyə naziri Rişi Sunak və hazırkı xarici işlər naziri Liz Trass. Seçkilərdə qalib gələcəyi təqdirdə Liz Trass Marqaret Tetçer və Tereza Meydən sonra ölkənin üçüncü qadın hökumət başçısı, Rişi Sunak isə Britaniyanın ilk Hindistan əsilli baş naziri ola bilər. Hələlik ilkin mübarizədən sonra Liz Trassın şansları daha yüksəkdir. Amma bununla belə, son prosesdən kimin qalib gələcəyini indidən söyləmək çətindir. Ekspertlər arasında da məsələ ilə bağlı fərqli fikirlər mövcuddur. Bir çoxları xanım Trassın şansını yüksək qiymətləndirdiyi halda, Sunakın imkanlarının yüksək olduğunu deyənlər də var.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli qeyd edir ki, daxili və xarici şərtlər ölkənin növbəti baş nazirinin məhz xanım Trass olacağını söyləməyə əsas verir:

“Trass böyük fərqlə qalib gələrək, həm Mühafizəkarlar Partiyasının sədri olacaq, həm də Böyük Britaniyanın baş naziri seçiləcək. Trassın hərəkətləri təqdirəlayiqdir. Trass sona qədər Consonun namizədliyi üzərində dayandı. İndi də onun elan etdiyi platformanı dəstəkləyir. Mühafizəkarlar daxilində hind mənşəli Sunakın mövqeyi elə də güclü və populyar deyil. Ona görə də xanım Trass problemsiz növbəti baş nazir seçiləcək. Trass hökumətdə Consonun Ukrayna ilə bağlı siyasətinin ardıcıl surətdə həyata keçirilməsinə nail olacaq. Daxili və xarici şərtlər tələb edir ki, ölkənin növbəti baş naziri məhz xanım Trass olsun. Onu hətta Böyük Britaniyanın müasir “dəmir ledi”si adlandırırlar”.

Bənzər yazılar

Back to top button