Siyasət

Qaqik Voskanyanın işi üzrə məhkəmə təhqiqatı başlayıb

Dekabrın 4-də Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Kəlbəcər rayonunda saxlanılan erməni hərbiçisi Qaqik Voskanyanın işi üzrə hazırlıq iclası keçirilib.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrlik etdiyi hakim heyəti baxır. Voskanyan vəkil və tərcüməçi ilə təmin olunub.

Voskanyanın anket məlumatları dəqiqləşdirilib, o, 1983-cü ildə Yerevanda doğulub, Ermənistan vətəndaşıdır, orta təhsillidir. Mahiyyəti üzrə dinləmələr dekabrın 11-nə təyin edilib.

Voskanyan bu il avqustun 16-da sərhədin Kəlbəcər istiqamətində saxlanılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, o, diversiya-kəşfiyyat qrupunun üzvüdür.

Voskanyan CM-in 206.3.2 (qaçaqmalçılıq), 214.2.1 (terrorçuluq) və 318.2-ci (sərhədi qanunsuz keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.(Turan)

Bənzər yazılar

Back to top button