Cəmiyyət

Nazirdən deputatın dedikləri ilə bağlı açıqlama: “Biz forma tikib, satmırıq”

“Mən düşünürəm ki, məktəbə uşaqlar formada gəlməlidir. Biz Elm və Təhsil Nazirliyi olaraq bu formanın yalnız ölçülərini, rəngini, formasını, elementlərini müəyyən etmişik”.

AzToday.az xəbər verir ki, bu fikirləri media üçün keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deputat Fazil Mustafanın məktəbli formaları ilə bağlı dediklərinə münasibət bildirərkən səsləndirib.

“Biz nə forma tikirik, nə forma satırıq, nə formanın alışını-satışını təşkil edən qurumuq. Bizim işimiz formanı tənzimləməkdir. Əgər forma bahadırsa və ya digər mövzular varsa, bu elm və təhsil mövzusu deyil. Formanın maya dəyəri, formanın alış qiyməti, alış-satış prosedurunun bazarda baş verməsi – bu, bazar münasibətləridir, burda istehlakçıların hüquqlarından söhbət gedə bilər, amma elm və təhsil mövzusu deyil”, – nazir bildirib.

Bənzər yazılar

Back to top button