Siyasət

Azərbaycan və Ermənistan nümayəndələri bu tarixdə görüşəcək

“Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının nümayəndələrinin görüşü avqustun sonunda Moskvada keçiriləcək”.

Bu barədə “Sputnik Ermənistan”a ölkənin Baş nazirinin müavininin ofisindən bildirilib.

Məlumata görə, hazırda məsələlərin ayrıca gündəliyi müəyyən edilməyib.

Xatırladaq ki, mayın 24-də sərhəddə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin ilk görüşü keçirilib.

Bənzər yazılar

Back to top button