Hadisə

Nazir məşhur generalların vəzifələrini dəyişdi

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi yeni vəzifəyə təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə xidmətin rəisi, general-leytenant Şahmar Paşayev vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Bakı Regional Mərkəzinin rəisi, general-mayor Etibar İsmayılov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilib. Hər iki general sabahdan yeni vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, bu barədə ilk məlumatı manset.az saytı yayıb.

Bənzər yazılar

Back to top button