Bizim seçimGündəmSiyasət

REAl Partiyasında parçalanma?

Respublika Alternativ Partiyası (ReAL) növbədənkənar qurultay keçirəcək. Bu barədə qərar noyabrın 3-də partiya Ali Məclisi tərəfindən qəbul edilib.

Partiya Məclisinin rəhbəri Azər Qasımlı “Meydan” TV-yə bildirib ki, qurultayın keçirilməsi partiya nizamnaməsinin dəyişdirilməsinin vacibliyilə bağlı təşkilatın lideri İlqar Məmmədovun təklifi ilə əlaqədardır.

İ.Məmmədovun fikrincə, bu, partiya üzvlərinin qarşıdakı parlament seçkilərində uğurlu iştirakından ötrü lazımdır. Lakin A.Qasımlı bu fikirlə razı deyil və təklif edilən dəyişiklikləri “avtoritarizmin təzahürü” hesab edir, ancaq bunun nədə özünü göstərdiyini dəqiqləşdirməyib. O, növbədənkənar qurultayın vaxtını açıqlamayıb.

Bənzər yazılar

Back to top button