Cəmiyyət

Sabah temperatur 38 dərəcəyədək artacaq – Hava

Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 19-24°, gündüz 32-36° isti olacaq. Bakıda isə gecə 19-21°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 34-38° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacaq.

Bənzər yazılar

Back to top button