Siyasət

Paşinyan Putinə zəng etdi

Erməni tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Kremlin” məlumat yayıb.

“Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam etdirilib.

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha təsdiq edilib.

Eyni zamanda, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolu qeyd olunub.

Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişafı ilə bağlı bəzi aktual məsələlərə toxunulub”, – məlumatda bildirilib.

Bənzər yazılar

Back to top button