İqtisadiyyat

Bakıda 120 min kv. metrlik məşhur zavod satıldı – 14 milyona…

“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” MMC (VÖEN- 9900060661) hərrac vasitəsilə satılıb.

Yeniavaz.com xəbər verir ki, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşən zavod 14 milyon 489 min 788 manata hərraca çıxarılıb və satılıb.

Bildirilir ki, zavodun ümumi faydalı sahəsi 58 min 471,9 kv. metrə (585 sot), özəlləşdirilən torpaq sahəsi isə 117 min 787,3 kv.metrə (1180 sot) bərabərdir.

Məlumat üçün qeyd edək ki, hazırda 14 nəfər işçisi olan zavodun nizamnamə kapitalı 16 milyon 61 min manat təşkil edir. “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” MMC-nin qanuni təmsilçisi tanınmış iş adamı Süleymanov Musa Səməd oğludur. Musa Süleymanov eyni zamanda ölkənin aparıcı şirkətlərindən olan “ADO-G” şirkətlər qrupunun sahibidir.

Bənzər yazılar

Back to top button