Dünya

Britaniya ilə ABŞ arasında agent gərginliyi: Qırmızı bülleten çıxarıldı

Böyük Britaniyada avtomobil qəzası törədərək bir gəncin ölümünə səbəb olan, lakin diplomatik toxunulmazlığı səbəbindən ölkədən qaçan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) agenti barəsində qırmızı bülleten çıxarılıb.

Qaynarinfo xəbər verir ki, İnterpolun Herri Danın öldüyü qəzanın səbəbkarı Anna Sakulas barəsində həbs qərarı çıxartdığını Dan ailəsinin sözçüsü Radd Seiger də təsdiqləyib.

“Bu, onu fərari edir. ABŞ-dan kənara çıxdığı anda tutulub Böyük Britaniyaya ekstradisiya ediləcəyi mənasına gəlir”.

Seiger həmçinin bildirib ki, sözügedən qərar ingilis səlahiyyətlilərinin Danın öldüyü ərəfədə Sakulasın toxunulmazlığının olmadığı qənaətinə gəldiklərini göstərir.

Qeyd edək ki, sözügedən qəza ötən il avqutun 27-də baş verib. Herrinin idarə etdiyi motosiklet Sakulasın avtomobili ilə toqquşub. Qəza zamanı ABŞ agentinin əks yolda olduğu ortaya çıxıb. Rəsmi Vaşinqon qadın agentinin diplomatik toxunulmazlığı olduğu iddiası ilə onun ittiham edilməsinə mane olsa da, Britaniya hökuməti buna etiraz etmişdi.

Bənzər yazılar

Back to top button