GündəmManşetSiyasət

Azərbaycan səfirliyi Tehrandan təxliyə edilib

Bazar günü axşam saatlarında Azərbaycan səfirliyinin əməkdaşları və onların ailə üzvləri Tehrandan Bakıya xüsusi reys ilə gəlib. Həmin təyyarə yanvarın 27-də terror aktı nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun cənazəsinidə gətirib.

Hava limanında missiyanı xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb.

O, jurnalistlərə deyib ki, Tehrandakı səfirlikdə texniki funksiyaları yerinə yetirən və diplomat olmayan 5 nəfər qalıb. Eyni zamanda, İrandakı Azərbaycan vətəndaşlarının müraciət edə biləcəyi Azərbaycanın Təbrizdəki konsulluğu fəaliyyətini davam etdirir, – Xələfov bildirib.

O, İran tərəfinin yanvarın 27-də səfirliyə hücumun səbəbinin terrorçunun “ailə problemləri” olduğunu bildirməsini “absurd” adlandırıb.

“Biz İran tərəfindən obyektiv araşdırma aparmağı və bütün günahkarların cəzalandırılmasını tələb edirik”, – Xələfov bildirib.

O, təkrar edib ki, Bakı səfirliyin təhlükəsizliyini təmin etmək üçün dəfələrlə rəsmi Tehrana müraciət edib, lakin İran hakimiyyəti bu müraciətlərə məhəl qoymayıb.

Bənzər yazılar

Back to top button