İdman

Raşford MY-dən kənarlaşdırıldı, böyük məbləğdə cərimələndi – SƏBƏB

İngiltərə kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilən “Nyuport Kaunti” – “Mançester Yunayted” (2:4) qarşılaşmasında Markus Raşfordun iştirak etməməsinin səbəbi bəlli olub.

Fanat.az xəbər verir ki, məlumatı “The Atletic” yayıb.

Xəbərə görə, təcrübəli hücumçu xəstə olduğunu bəhanə edərək məşqə gəlməyib və əvəzində gecə klubuna yollanıb. Belədə baş məşqçi Erik ten Haq radikal addım atmalı olub. Raşfordun hörmətsizliyi maaşından 650 min sterlinq tutulmasına da yol açıb.

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 20 matça çıxan Markus 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button